25 Eylül 2008 Perşembe

Türk Cümhuriyyətləri dünya iqtisadi siyasətinə qatıla biləcəkmi?

Türkce danisan dövletlerin xəyallarının gerçəkləşməsi özlərindən asılıdır

İyirminci yüzilliyin sonlarından etibarən xarici ticari əlaqələrdə liberallaşma cəhdləri, rabitə-telekommunikasiya imkanlarının artması və s. “Yeni dünya düzəni” deyilən bir anlayışın ortaya çıxmasına səbəb olub. İnsan qruplarının işbirliyinə daha çox ehtiyac duyulduğu, ölkələr və bölgələrarası əlaqələrin artdığı bir vaxtda ən önəmli məsələ dünya ticarətindəki liberallaşma cəhdləri ilə regionların iqtisadiyyata inteqrasiyasının sürət götürməsidir. Bu regional mərkəzlərdən heç olmasa birinə üzv olmayan ölkələrin təkbaşına xarici ticarət əlaqələri qurmasının çətinləşməsi coğrafi baxımdan yaxın və oxşar mədəniyyətə malik dövlətlərin iqtisadiyyatının bir araya gələrək regional fəaliyyət göstərməməsidir. Məhz bu vəziyyətdə Türkiyənin türkdilli dövlətlərlə qurduğu ticari və mədəni əlaqələrə yenidən diqqət yetirmək lazımdır. Türkiyənin olduğu regionun və Yaxın Şərqlə coğrafi mövqeyinin əhəmiyyəti danılmazdır. Amma cümhüriyyət qurulandan əsl kökümüz olan Şərqə yox, daima Qərbə diqqət yetirmişik. Bir az Orta Asiya və Yaxın Şərqdən uzaqlaşmışıq. Bir ortaq dilimiz var, Ortaq əlaqələrimiz, mədəniyyətimiz, tariximiz… Orta Asiyada iqtisadi əməliyyatları çoxdan həll etməli idik. Təəssüf ki, indiyədək Orta Asiyada və Yaxın Şərqdə bu mövzu aktual olmayıb. Tarixin, mədəniyyətin təməli Qərbdən deyil, Şərqdən başlayıb. Bütün amilləri nəzərə alaraq ölkələrlə iqtisadi əlaqələri daha yüksək səviyyədə qaldırmalıyıq.Bunları etməkdə qurumların, özəl şirkətlərin, universitetlərin də payı yüksəkdir. Universitetlər yol göstərən qurumlar olmalıdır. Bir növ oldunları ölkələrdə müəyyən qisim vasitəçi yolunu oynamalıdır. Bürokratik maneələri aradan qaldırmaq, dünyada olan inkişafı görərək ona uyğun hərəkət etmək lazımdır. Dünya ticarət bayrağı altında, həm də Avropa Birliyinə namizəd olaraq Qərb və Şərq arasında bir körpü ola bilərik. Türkiyə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan arasındakı bir regional iqtisadi inteqrasiyanın ola biləcəyini bilir və birgə bazar qura biləcəyinə ümid edir. F.Ducker Sovet İttifaqı dağıldıqdan sonra türk dövlətinin yarada biləcəyi regional bir inteqrasiyaya işarə etmişdi. Öz növbəsində Kubicek də Türkiyənin türkdilli ölkələrlə yaradacağı bu sıx əməkdaşlığın lazımlı olduğunu bildirmişdi. İqtisadi inteqrasiya üçün mədəni oxşarlıq əsas şərt deyil, ən başlıcası iqtisadi bünövrənin olmasıdır. Yeni türk dövlətləri faydalı qazıntılarla çox zəngindirlər. Bu ölkələrdən xüsusilə Azərbaycan, Qazaxıstan və Türkmənistanda zəngin neft və qaz yataqları var. Regionda bu faydalı qazıntılarla əlaqəli vacib müqavilələr imzalanıb, onların arasında Azərbaycana aid Xəzərdəki «Azəri-Çıraq-Günəşli» yataqları ilə əlaqəli imzalanmış müqavilə «Əsrin müqaviləsi» adını almışdır. Layihəyə əsasən, 10 minə yaxın şirkət 30 illik müddətdə 8,3 milyard dollarlıq iş görməlidir. Neft və təbii qazdan sonra digər əhəmiyyətli enerji mənbəyi kömürdür. Regionun əhəmiyyətli mədənləri sırasında dəmir filiz və qızıl mədənlərini saymaq olar. Keçmiş Sovetlər Birliyində çıxan civə, gümüş, xrom, uran, fosfor və s.-nin əksəriyyəti indiki türk dövlətlərinin ərazilərindən çıxarılırdı. Belə bir potensiala malik olmalarına baxmayaraq, Sovetlər Birliyinin mərkəzdən asılı iqtisadi siyasəti öz təsirini indi də mənfi olaraq göstərməkdədir. Misal üçün, dünyada təbii qaz ehtiyatlarına malik olan ölkələr sırasında öndə gedənlərdən biri olan Qazaxıstan qaz tələbatını idxalla ödəyir. Türkiyə ilə türk respublikaları arasında qurulacaq iqtisadi əməkdaşlıq (idxal, ixrac, istehsal və s) bu asılılığın aradan qaldırılmasına zəmin yaradacaq. Türk dövlətləri və türk dilində danışan insanların ümumi coğrafiyasına baxanda deyə bilərik ki, bu insanların mövqeyi Adreatik dənizindən Çin səddinə qədər uzanır (200 milyondan çox əhali, 20-dən çox türk ləhcəsində danışan müxtəltf boylar), sadəcə müstəqil türk respublikaları təxminən 2 milyon km2 torpaq və 6 milyon əhaliyə sahibdir. Həm də Türkiyə dünya qaz ehtiyatlarının 40 faizinə, neftin 67%-nə sahib olan Yaxın Şərq və Orta Asiya ilə Qərb arasında bir körpüdür. Ticarət işləri ilə əlaqəli Türkiyə ilə türk dövlətləri arasında böyük əməkdaşlıq mövcuddur. Türkiyə iqtisadiyyat, texnologiya və s. sayəsində qazandığı təcrübə ilə türk dövlətlərinə böyük kömək göstərir. Türkiyə 185 dünya dövləti içində əhaliyə görə 16-cı, böyüklüyünə görə 32-ci, ixracatının 90%-ni sənaye malları təşkil etdiyindən ən sürətli inkişaf edən 10 dövlət sırasında olmasına görə bu sahədə nailiyyət əldə edə bilər. Bundan başqa, türk özəl sektorunun da bu sahədə özünəməxsus payı var. Sovetlər Birliyi özünəməxsus idarəetmə və bununla da iqtisadiyyata malik idi. Belə ki, Sovetlər Birliyi dağılandan sonra da ölkələrdə fəaliyyət göstərən fabriklərin sayəsində sıx əməkdaşlıq indiyədək də mövcuddur. Bu səbəbdən qeyd edilməlidir ki, Orta Asiyada yeni sənaye obyektləri açılmalıdır. Tək bir sahədə ixtisaslaşmaya son qoyulmalıdır.

© 2007 YIA Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması zəruridir.
Nuri Palta
İqtisadi yazar (Türkiyə)